Oktyabrın sonunda Formula1 tarixdə ilk dəfə Hindistana gələcək və bu hadisəyə hazırlıq bütün istiqamətlərdə gedir – avtodromda tikinti işləri baaş çatmaq üzrədir, yerli mətbuat isə azarkeşlərin marağını qızışdırır.
Qran Prinin təşkilatçıları 150 min tamaşaçı tutumu olan tribunları doldurmağa ümid edirlər. Azarkeşlərin çoxu isə həmyerliləri Narain Kartikeyanın çıxışına baxmağa gələcək – Narain heç də ən sürətli maşını sürmür, amma ev yarışını nikbinliklə gözləyir…
Narain Kartikeyan: “Mənim məqsədim mövsümün gedişində bir neçə xal qazanamqdır. Biz yeni komandalardan ən yaxşısı olmaq istəyirik və mən hesab edirəm ki, bu tam realdır.
Testlər qadağan olunub, maşın üzərində yalnız uik-end çərçivəsində işləyə bilərik, amma F111-in ciddi potensialı var. Hindistan Qran Prisinə hələ çox var, deməli, bizim də vaxtımız var ki, maşının potensialını açaq və realizə edək. Şəxsən mənim üçün oktyabr ayı vacib ay olacaq.”