Avstraliya Qran Prisinin stüardları Niko Hülkenberqi sərbəst yürüşlər zamanı pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər.
Pit-leyndə sürət həddi 60 km/saat olduğu halda, Niko 68.6 km/saat sürətlə hərəkət edib və buna görə də, FİA-nın kassasına 1800 Avro ödəməli olacaq.
Bundan başqa stüardlar Pedro de la Rosanın iştirakı ilə insidenti də araşdırıblar və rəqiblərini bloka saldığı üçün sürücüyə xəbərdarlıq elan olunub…