N.Hauq müştəri maşınların əleyhinədir

Bəzi komandalar arasında aktiv texniki əməkdaşlıq bir çoxlarını Razılıq Müqaviləsinin pozulmasında şübhələndirir – müqaviləyə əsasən hər bir komanda öz maşınını […]

Bəzi komandalar arasında aktiv texniki əməkdaşlıq bir çoxlarını Razılıq Müqaviləsinin pozulmasında şübhələndirir – müqaviləyə əsasən hər bir komanda öz maşınını müstəqil hazırlamalı və qurmalıdır.

Yeni müqavilənin şərtlərinin müzakirəsi ərəfəsində yenə də müştəri maşınları məsələsi gündəmə gəlib. FOTA-nın azarkeşlərlər Barselonada görüşü zamanı Mercedes Motorsport başçısı Norbert Hauq vəziyyəti şərh edib…

Norbert Hauq: “Formula1-in zəngin tarixi və böyük irsi var. Mən düşünmürəm ki, Lotus maşınını McLaren layihələndirə bilər, və ya Hispania-nın şassisini Ferrari, hərçənd, Formula1-də müştəri maşınlarına icazə verilsəydi, dediklərimiz tam mümkün olardı.

Biz bu məsələni artıq müzakirə etmişik, amma mübahisələr hələ də davam edir. Keçmişdə çox uğurlu olan komandalara, məsələn, Williams, eləcə də müstəqil komandalara, məsələn, Sauber, hörmət etmək lazımdır. Onların güc və imkanları var ki, müstəqil şəkildə şassi hazırlayıb ərsəyə gətirsinlər, bu isə Formula1 üçün çox vacibdir.

İlk nəzərdən elə görünə bilər ki, müştəri maşınları fikri məsrəflərin azaldılmasına gətirəcək, amma bu məsələni dərindən araşdırdıqda görürürk ki, bu belə deyil. Əgər bu variant optimal olsaydı, onda bütün komandalar çoxdan onu seçərdilər.”

Hauq əlavə eidb ki, Mercedes-in bütün müştəriləri statusundan asılı olmayaraq eyni motoru alırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*