Keçən il McLaren Mercedes aqreqatlarının Force İndia komandasına verilməsi barədə müqavilə imzalandıqdan sonra Hindistan komandasının faktiki olaraq müştəri statusuna çevrilməsi aydın oldu, mətbuat aktiv şəkildə kompensə məsələsini müzakirə edirdi – əlavə maliyyə mənbəyindən başqa Force İndia gənc sürücülərin -Mercedes-in gənc sürücülərə dəstək proqramının müştərilərinin sınaq poliqonuna çevrilə bilərdi.
O zaman bu məsələ Cankarlo Fizikella və Adrian Sutilin müqavilələri uzadıldıqdan sonra bir müddət unuduldu, lakin DNA İndia agentliyinə müsahibəsində Mercedes Motorsport-un vitse-prezidenti Norbert Hauq belə bir imkanı istisna etməyib…
Norbert Hauq: “Gələcəkdə hər iki komanda belə bir variantı nəzərdən keçirə bilər, amma bizim əməkdaşlığımız hələ təzə başlayıb və belə vəziyyətdə biz irəliyə doğru addım-addım getməyə üstünlük veririk.”