Formula1-in keçmiş sürücüsü və məşhur şərhçi Mark Zurer hesab edir ki, yaxın illərdə Formula1- bank sponsorlar tərk edəcəklər, çünki böhran şəraitində banklar kənar layihələri maliyyələşdirməkdə çətinlik çəkirlər. Artıq çempionatı Credit Suisse tərk edib, mövsümün sonunda İNG də gedəcək, şayiələr gəzir ki, bunun ardınca RBS gedə bilər, amma bütün bunlarda Mark bir problem görmür – hamı tütün sponsorların çempionatı tərk etməsini xatırlayır…
Mark Zurer: “Zaman dəyişir, bir neçə il əvvəl Formula1 tütün sponsorların gedişini yaşayıb, indi isə banklar gedir, onların yerinə isə digər şirkətlər gələcəklər. Həyat davam edir.”