Razılıq Müqaviləsinə əsasən Mühəndislər Kubokunda ilk on yeri tutmuş komandalar müəyyən mükafat fonduna sahib olurlar, bu fond Formula1-in teleyayımından, çempionatın traslarında reklam yerlərinin satılmasından və başqa yollarla əldə olunan gəlirdən formalaşır.
Keçən il fondun həcmi 658 milyon dollar təşkil edib, 2009-cu illə müqayisədə mükafat fondu 21% artıb. Formula1-in kommersiya şöbəsinə daxil olan şirkətlərin illik dövriyyəsi bir milyard dolları keçib, buna əsas səbəb isə Asiya yarışlarının axşama keçirilməsi, təqvimdə Koreya Qran Prisinin debütü və Kanada Qran Prisinin qayıtması olub.