Mark Uebber Çin Qran Prisinin qəhrəmanlarından biri olub və yarışın gedişində 15 mövqe qazanıb, avstraliyalı sürücü şənbə günü sıralanma turunda uğursuz çıxışından sonra bazar günü yarışı podiumda başa vurub. Finişdən sonra Mark bildirib ki, komanda yoldaşı Sebastyan Fettelin ikinci olması sübut edir ki, bu mövsüm titul uğrunda mübarizə almaniyalı sürücünün iki ardıcıl qələbəsindən sonra göründüyü kimi asan olmayacaq…
Mark Uebber: “Lyuisi təbrik edirəm. Yaxşı ki, nəhayət ki, kimsə… əlbəttə, biz Seblə komanda yoldaşıyıq, amma o, mövsümə çox güclü başlayıb, lakin biz də qələbə uğrunda mübarizə aparmaq istəyirik. Təəssüf ki, yekunda qələbəni McLaren qazandı, amma istənilən halda Seb bizdən çox uzaqlaşmadı. Mühəndislər Kuboku baxımında bu gün biz kifayət qədər xal topladıq.
Etiraf etməliyəm ki, yarışın ilk hissəsi müəyyən problem var idi – bərk təkərlərlə rəqibləri qabaqlamaq və irəliləmək asan deyildi. Amma yarış maraqlı alındı. Maşına yumşaq təkərlər qoyan kimi sürət artdı. Təsəvvür edin ki, mən pit-stopdan trasa qayıdanda 20-ci yerə düşmüşdüm, elə bil ki, hər şey yenidən başladı. Sıralanma turundan mənim üç dəst təzə yumşaq təkərim qalmışdı – bəlkə də, gələcəkdə sıralanma turuna çıxmaqdan imtina etmək olar.
Zarafatı bir kənara qoysaq, uik-endin gedişində biz yaxşı çalışdıq, komandada heç kim ruhdan düşmürdü və biz bu uğurumuzu komandanın bütün əməkdaşlarına həsr edirik.”