M.Uebber: “Komanda əla işlədi”

Mark Uebber Barselonada ənənəyə sadiq qalaraq inamlı qələbə qazanıb – Katalunya trasında keçirilmiş iyirminci yarışda 16-cı dəfə pouldan start almış […]

Mark Uebber Barselonada ənənəyə sadiq qalaraq inamlı qələbə qazanıb – Katalunya trasında keçirilmiş iyirminci yarışda 16-cı dəfə pouldan start almış sürücü qalıb gəlib. Çempionatda isə mübarizə gərginləşir. Finişdən sonra FİA-nın rəsmi mətbuat konfransında Mark öz hisslərini şərh edib…

Mark Uebber: “Mən çox razıyam! Bu trasda birinci döngə çox uzaqdadır, arxada isə çox sürətli maşınlar var idi – bu yarışın vacib anı idi, amma mən birinci döngədə liderliyi qoruya bildim.

Mübarizə gərgin idi, amma bundan sonra mən öz ritmimi tutdum və ilk pit-stopa kimi təkərlərə diqqətlə nəzarət etdim – bu yumşaq təkərlər idi və bu günə qədər hələ də hamı onların işi barədə məlumat toplayır. Ümumilikdə, biz başa düşürük ki, təkərdən nə gözləmək olar, amma hər şeyə hazır olmaq lazımdır. Mən sadəcə çalışırdım ki, təkərlər ilk hissənin sonuna kimi normal işləsinlər.

Pit-stopdan sonra rəqiblərim çox geri qaldılar, mən vəziyyətə nəzarət edirdim, maşının davranışını, motorun işini izləyirdim, çünki yarış uzundur və finişə çatmaq lazım idi.

Bu uik-end komanda əla işlədi, hamı gecə çalışırdı, Milton Kinsdəki bazada olanlar isə istirahət günündən imtina etmişdilər – bir sözlə, Renault motorçuları ilə ümumi səylərimizlə biz fantastik nəticə göstərdik!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*