Dünən sıralanma turunda qazanılmış uğurdan sonra hamı elə bilirdi ki, Red Bull sürücüləri qələbəni öz aralarında bölüşdürəcəklər, amma Sebastyan Fettel yarışı yarımçıq dayandırıb, Mark Uebber isə yalnız doqquzuncu olub…
Mark Uebber: “Startda təkərlər yerində fırlandı və Felipe məni keçə bildi, amma mən tezliklə mövqeyimi geri qaytardım. Amma Fettel məndən qabaqda olduğu üçün komanda onu pitə birinci çağırdı və slikə hamıdan bir dövrə gec keçdiyim üçün çox mövqe itirdim.
Arxada daha aqresiv mübarizə apardığım üçün biz daha bir pit-stop keçirməyi qərara aldıq. Finişə yaxın mən Lyuislə liderlərə çatdıq, amma o Alonsonu keçmək istəyərkən birdən əyləci basdı və mən ona çırpıldım. Əlbəttə, mən ondan üzr istəməliyəm – amma maşın sadəcə olaraq asfalta yatma qüvvəsini itirdiyindən mən onu saxlaya bilmədim.
Bundan sonra yenə pitə getməli oldum və yarışı doqquzuncu yerdə başa vurdum. Amma biz ən azı podiuma ümid edirdik, hər şey əksinə alındı. Heç nə olmaz, biz hələ qayıdacayıq!”