Monte Karlo Rallisi B.Buffyenin qələbəsi ilə başa çatıb

Brian Buffye Peugeot 207 S2000 maşınının sükanı arxasında əfsanəvi Monte Karlo Rallisinin – beynəlxalq İRC çempionatının birinci mərhələsinin qalibi olub. […]

Brian Buffye Peugeot 207 S2000 maşınının sükanı arxasında əfsanəvi Monte Karlo Rallisinin – beynəlxalq İRC çempionatının birinci mərhələsinin qalibi olub.

Maraqlıdır ki, bu günə qədər 32 yaşlı fransalı sürücü bu seriyada heç bir xal belə toplaya bilməmişdi, bu dəfə isə onun zəfərinin əsas səbəbi yarışın ikinci günü düzgün təkər seçimi olub – rəqiblərinin əksəriyyətindən fərqqli olaraq Buffye qarlı yollar üçün təkər seçib. Nəticədə 7-ci və 8-ci xüsusi sahələrdə qar yağıb və Brian yeddinci yerdən böyük üstünlüklə liderliyə yüksəlib.

Yarışın sonuncu günü isə Buffye yalnız vəziyyətə nəzarət edib və qazandığı üstünlüyünü qorumağa çalışıb. Bu vəzifənin öhdəsindən o asanlıqla gəlib və finişdə ikinci olmuş belçikalı Freddi Loyksu (Skoda Fabia) yarım dəqiqə qabaqlayıb. Protokollarda üçüncü sətri isə britaniyalı Qay Uilks (Peugeot 207) tutub, o, liderə bir dəqiqədən çox uduzub.

79-cu Monte Karlo Rallisinin yükəsk dördüncü yerini isə 199-cu ildə Braziliya Qran Prisinin iştirakçısı fransalı Stefan Sarrazen (Peugeot 207) tutub. İRC-nin sonuncu çempionu finlandiyalı sürücü Yuha Hyanninen birinci günü lider kimi başa vursa da, təkər seçimində səhvə yol verib və fransalı veteran Fransua Delekuranı da irəli buraxmaqla yalnız altıncı olub.

Formula1-in daha bir keçmiş sürücüsü Aleks Kaffi inamlı çıxışı ilə yadda qalıb və Skoda-nın sükanı araxsında 11-ci yeri tutub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*