Mercedes şirkəti Brawn GP-nin səhmlərini ala bilər?

Daily Telegraph qəzetinin səhifələrində Mercedes-Benz şirkətinin Brawn GP komandasının rəhbərliyi ilə komandanın səhm paketinin alınması barədə danışıqlar aparması haqqında yazı […]

Daily Telegraph qəzetinin səhifələrində Mercedes-Benz şirkətinin Brawn GP komandasının rəhbərliyi ilə komandanın səhm paketinin alınması barədə danışıqlar aparması haqqında yazı dərc olunub. Rəsmilər hələlik şərh verməkdən imtina etsələr də, amma ehtimal var ki, gələn ildən Mercedes-Benz şirkətinin çempionatın iki komandasında payı olacaqdır…

Mercedes-Benz-in nümayəndəsi bildirib ki, “biz şayiələri şərh etmirik, bu şirkətin siyasətidir, amma biz McLaren-lə münasibətlərimizin əsas olduğunu təsdiq etmək istəyirik.” Britaniyanın Autosport saytının jurnalistləri McLaren komandasından şərh almağa çalışıblar…

McLaren-in nümayəndəsi bildirib: “McLaren və Mercedes arasında motor təchizatı barədə uzunmüddətli müqavilə bağlanıb, bu əməkdaşlığın yaşı 15-i ötüb və əməkdaşlıq hələ uzun illər davam edəcək. Amma biz Formula1-in digər komandalarını da motorla təchiz etməyi planlaşdıran tərəfdaşımızın planlarına hörmətlə yanaşırıq.

Force İndia üçün McLaren və Mercedes əməkdaşlıq çox uğurlu oldu, komanda inkişaf edir və son nəticələr bun abariz sübutdur.

McLaren və Mercedes-Benz birgə əməkdaşlığın nəticələrindən razıdırlar, 15 il ərzində şəxsi hesabda 3 titul və Mühəndislər Kubokunda bir qələbə, Qran Prilərdə çox qələbələr qazanmışıq. Biz İtaliya Qran Prisində də qələbə uğrunda mübarizə aparacayıq, hərçənd rəqiblərimiz bizdən güclü olacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*