Bu gün Parisdə FİA-nın Ümumdünya Avtoİdman Şurasının növbədənkənar iclasında McLaren komandasının Melburnda Qran Prinin stüardlarını aldatması faktı üzrə müzakirələr keçirilib. Səhərki iclasın yekunları üzrə qərar qəbul edilib:
“Komanda başçısı Martin Uitmarşın düzgün, doğru və açıq münasibətini və görülmüş işlər barədə onun çıxışını nəzərə alaraq FİA-nın Ümumdünya Şurası qərara alıb ki, belə hallar üçün nəzərəd tutulmuş cərimənin istifadəsi dayandırılsın.
Bu cərimə komandanın çempionatın üç yarışından diskvalifikasiya olunmasıdır, cərimə o zaman tətbiq olunacaq ki, iş üzrə yeni faktlar üzə çıxarsa və ya növbəti 12 ay ərzində komanda beynəlxalq idamn kodeksinin 151c bəndini təkrar pozarsa.”
Qərarın tam mətni bir qədər sonra dərc olunacaq…