Almaniyada dərc olunan Auto Motor und Sport qəzetinə müsahibsəində Mercedes-Benz şirkətinin vitse-prezidenti Norbert Hauq təsdiq edib ki, McLaren Mercedes komandası Melburnda KERS-dən istifadə edəcək…
Norbert Hauq: “Biz KERS-dən hər iki maşında istifadə edəcəyik, bu hamının qəbul etdiyi qərardır.”
McLaren Melburnda KERS-dən istifadə edəcəyini bildirən üçüncü komandadır, eyni bəyanatla Renault və Ferrari nümayəndələri də çıxış ediblər. Çox güman ki, BMW Sauber də KERS-dən istifadə edəcək, digər komandalar isə mövsümü belə bir sistemsiz başlayacaqlar…