McLaren K.Rəykkönenlə işləməyə hazırdır

Mercedes Motorsport-un başçısı Norbert Hauq əmin edir ki, Kimi Rəykkönenin McLaren-ə qayıtmaq perspektivi komandada heç kimi narahat etmir: çox güman […]

Mercedes Motorsport-un başçısı Norbert Hauq əmin edir ki, Kimi Rəykkönenin McLaren-ə qayıtmaq perspektivi komandada heç kimi narahat etmir: çox güman ki, gələn il finlandiyalı sürücü Lyuis Həmiltona komanda yoldaşlığı edəcək və hazırda müqavilənin son detalları dəqiqləşdirilir. Digər tərəfdən, Ferrari-də Rəykkönenlə müqaviləni vaxtından əvvəl pozmaq barədə razılaşmaya hazırlıq başa çatmaq üzrədir və komanda Fernando Alonsoya yer hazırlayır…

Kiminin McLaren-ə keçməsi komandaya Formula1-də ən güclü heyəti təmin edəcək, amma bu vəziyyətdə digər çətinliklər üzə çıxacaq: Uokinqdə yaxşı bilirlər ki, iki spuer ulduzla problemsiz münasibət qurmaq çox çətin olacaq. Amma Hauq hesab edir ki, 2007-ci ildə baş verən hadisələri komanda bir daha təkrar etməyəcək.

Norbert Hauq: “Həmişə ən yaxşı sürücüləri axtarmaq lazım gəlir. Bu həm pul məsələsidir, həm istedad, həm də bacarıq. Amma düzünü desəm, mən düşünmürəm ki, iki meqa ulduzla iş çox çətin olsun. O zaman Alonso bizim komandada olanda mətbuat buna çox yer ayırırdı, amma komanda öz işi ilə məşğul idi və həmin ili biz həqiqətən titul qazanmalı idik. Amma titulu ona görə əldən verdik ki, komanda taktikasını tətbiq etmədik.

Təsəvvür edin ki, Fernando Lyuisi Macarıstanda bolka salmasaydı cərmiə olmazdı, biz əlavə bir xal ala bilərdik, bununla da Alonso çempion ola bilərdi. Amma bəzən belə də olur…

Bir dəqiqləşdirməni qeyd etmək istəyirəm: mən komanda heyətində dəyişikliyi təsdiq etmirəm. Amma sürücülərə rəhbərlik etmək incə və çətin işdir və bizim bu işdə zəruri təcrübəmiz var. Rəykkönenlə beşillik əməkdaşlığı xatırlayarkən, mənə elə gəlir ki, heç də pis olmamışdı. Ən azı iki dəfə o titul qazana bilərdi, 2003-cü ildə onun cəmi iki xalı çatmadı, amma səbəblərdən biri bizim motorların imtinası idi. İki il sonra biz yenə də qalib gələ bilərdik, amma yenə də motorların etibarsızlığı üznüdən titulu əldən verdik. Amma kimi McLaren-də iki titul qazansaydı bu ədalətli olardı.

Şəxsən mənim Kimi ilə münasibətlərim əladır, əminəm ki, o da bunu təsdiq edə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*