F-1.az bildirir ki, Andreas Zaydl komandaya gəldikdən sonra yenidənqurma işləri aparır və buna görə də Kattelani ilə yollar ayrılıb. Komanda özü də bu xəbəri təsdiqləyib. Kattelani hazırda icbari gözləmədədir və bunun neçə ay davam edəcəyinə McLaren qərar verəcək.
Son məlumatlara görə italiyalı mühəndisin növbəti mövsüm Haas və ya Dallara-ya keçəcəyi deyilir. Qeyd edək ki, Kattelani 2004-2006-cı illərdə Dallara-nın aerodinamika məsləhətçisi olub.