McLaren: Biz inkişaf edirik

McLaren komandası üçün Çin Qran Prisi mövsümün ən uğurlu yarışı alınıb: çətin şəraitdə keçən yarışda Heykki Kovalaynen və Lyuis Həmilton […]

McLaren komandası üçün Çin Qran Prisi mövsümün ən uğurlu yarışı alınıb: çətin şəraitdə keçən yarışda Heykki Kovalaynen və Lyuis Həmilton maraqlı ötmələr etməklə finişdə ilk altılığı tamamlayıblar…

Heykki Kovalaynen: “Mən konkret nəticəyə ümid etmirdim – belə bir şəraitdə hər şey ola bilər, yarışı udmaq da olar, sadəcə trasdan çıxmaq da. Əsas odur ki, trayektoriyanı tutasan. Təkərlər pis işləmədi, maşın sürətli idi, strategiya özünü doğrultdu – biz vacib xallar qazana bildik.

Biz inkişaf edirik və bu vacibdir. Növbəti yarışa komanda daha bir neçə yenilik hazırlayıb, biz daha yaxşı çıxış etməyə çalışacayıq. Bugünkü finiş bütün komandanın əməyidir – komanda strategiya ilə səhv etmədi və pit-stoplarda əla işlədi. Hər şey yaxşı gedir, biz qələbə uğrunda mübarizə aparmaq üçün sürətimizi artırmalıyıq.”

Lyuis Həmilton: “Biz finiş gördük, maşın fantastik etibarlılıq göstərdi – pis nəticə deyil. Bu istiqamətdə işi davam etdirmək lazımdır – tədircən inkişaf etmək, vacib xallar toplamaq. Yarışda şərait pis idi, əvvəl trasla ilişmə yaxşı idi, amma tezliklə təkərlər sıradan çıxdılar. Səbəini bilmirəm – mənim stilim, yoxsa maşın?

Mən finişə 20 dövrə qalmış pit-stopa getdim, amma rtıq beş dövrədən sonra qabaq sol təkər tam yeyilmişdi və maşın akvaplaninq edirdi. Amma vəziyyət hamı üçün eyni idi.”

Martin Uitmarş: “Şox çətin yarış oldu və həqiqətən yaxşı nəticədir. Lyuis tam qüvvəsi ilə çalışırdı – bir neçə dəfə trasda fırlandı, amma bu bir daha sübut edir ki, o istənilən halda hücum etməyə hazırdır. Heykki isə səhvsiz yarış keçirdi və nəhayət ki, finiş gördü. Bu gün biz Red Bull və ya Brawn GP maşınlarına çata bilmədik, amam komanda pis işləmədi və biz vacib xallar qazandıq. Biz inkişaf edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*