Maranello Malayziya uik-endinin yekunlarını təhlil edir

Dünən Skuderiya Sepanqdan Maranelloya qayıdıb və günorta Ferrari-nin prezidenti Luka di Montedzemolo iclas keçirib, iclasda Stefano Domenikali komandanın mühəndisləri ilə […]

Dünən Skuderiya Sepanqdan Maranelloya qayıdıb və günorta Ferrari-nin prezidenti Luka di Montedzemolo iclas keçirib, iclasda Stefano Domenikali komandanın mühəndisləri ilə birlikdə çətin Malayziya uik-endinin yekunlarını təhlil edib.

Əlbəttə, Maranello Ferrari-nin potensialına və ümidlərinə uyğun gəlməyən nəticələrdən razı deyil. Sıralanma turunun birinci sessiyasında komandanın buraxdığı taktiki səhv yarışın taleyini həll edib. Fernando Alonso və Felipe Massa 19-cu və 21-ci yerlərdən start almalı olublar: bu vəziyyətdə ən yaxşı halda ilk onluğa düşməyə ümid etmək qalır, düzdür, yağış və ya Təhlükəsizlik Maşını vəziyyəti yaxşılığa doğru dəyişə bilərdi.

Felipe Massa yarışı yeddinci yerdə başa vurub, ona görə də komanda vəzifəsinin bir hissəsini yerinə yetirib. Fernando Alonso da iki xal qazana bilərdi, amma onun maşınında motor imtina edib. Uğursuz uik-enddən sonra komandanın nikbin olmasına əsas var – mövsümün üç yarışından sonra şəxsi hesabda Skuderiyanın sürücüləri ilk iki yeri tuturlar, komanda isə Mühəndislər Kubokunda liderlik edir.

Keçən il üç yarışdan sonra komandanın hesabında heç xal yox idi, ona görə də Maranellonun hər bir əməkdaşı bu uğurla fəxr edir, hamı başa düşür ki, işi davam etdirmək lazımdır, hər şeydən əvvəl, maşının sürətini və etibarlılığını artırmaq lazımdır.

Komandanın bazasında keçirilən iclasın əsas mövzusu etibarlılıq olub. Fernando Alonsonun Ferrari-sində təkcə motorla deyil, həm də hələ qızdırma dövrəsində ötürmələr qutusu ilə problemlər yaşanıb. Bundan başqa, hər iki Sauber maşınında motor imtina edib: Pedro de la Rosa hətta starta çıxa bilməyib, Kamui Kobayaşi isə səkkiz dövrədən sonra yarışı dayandırmalı olub. Yarışdan sonra mühəndislər müəyyən ediblər ki, problemlər motorun işini tənzimləyən elektronika ilə bağlı olub.

Alonsonun maşınında yarışın sonuna iki dövrə qalmış V8-in imtinasının səbəbi hələ müyyən edilməyib – telemetriya aqreqatın tam normada olduğunu göstərib. Bəhreyn Qran Prisinin startından əvvəl hər iki F10-da qızma problemi ilə əlaqədar motorlar dəyişdirilmişdi, amma bu dəfə imtinanın səbəbi başqadır. Çox güman ki, ötürmələr qutusunun problemləri motora təsir edib. İstənilən halda yanmış motor tam təftiş olunduqdan sonra son qərar qəbul ediləcək – mexaniklər sabah motoru açacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*