Lotus Renault GP sərbəst yürüşlərin ikinci sessiyasında iştirak etməyə bilər – komanda səhər sessiyasında yaranmış problemlərin səbəbini aydınlaşdırmamış trasa çıxmayacağını qərara alıb.
Xatırladaq ki, səhər Nik Haydfeldin maşınında qabaq sağ təkər bolka düşmüşdü, bir qədər sonra isə Vitaliy Petrovun maşınında qabaq sol təkər asılqandan qopmuşdu. Mühəndislər hər iki maşında asılqanların sınmasını müəyyən ediblər, amma bunun səbəbi hələ bilinmir…