Gələn il dünya çempionatında iştirak etmək üçün ərizə vermiş Lola komandasının nümayəndələri dərc olunmuş iştirakçı siyahısına düşməmələrinə baxmayaraq, FİA ilə danışıqları davam etdirirlər…
Rəsmi bəyanatda deyilir: “Lola Group FİA-dan dünya çempionatının ilkin iştirakçıları siyahısının alınmasını təsdiq edir. Bu siyahıda bizim adımız yoxdur, amma federasiya ilə danışıqlar iyunun 19-na kimi davam etdiriləcək.”