L.Marmorini Ferrari-yə qayıdır

Ferrari komandasının mətbuat xidməti bildirib ki, Toyota ilə onillik əməkdaşlıqdan sonra Luka Marmorini komandaya qayıdır və o motor və elektronika […]

Ferrari komandasının mətbuat xidməti bildirib ki, Toyota ilə onillik əməkdaşlıqdan sonra Luka Marmorini komandaya qayıdır və o motor və elektronika şöbəsində Jil Saymonu əvəz edəcək…

Ferrari Saymona Gestione Sportiva-dakı işinə görə təşəkkür edib, 1994-2006-cı illərdə o motor hazırlığı şöbəsinə, daha sonra isə motor və elektronika şöbəsinə başçılıq edib. Bu müddət ərzində onun Maranelloda hazırladığı V10 və V8 motorları 106 Qran Pridə qələbə qazanıb, şəxsi hesabda 6 titul və 8 Mühəndislər Kuboku əldə edilib.

1999-cu ildə Ferrari-ni tərk etmiş Marmorini bu ilin yanvarında Toyota-nı tərk etmişdi və indi 48 yaşlı mühəndis yenidən Skuderiyaya qayıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*