Lyuis Həmilton yeni McLaren maşınının sükanı arxasına yalnız fevralın əvvəlində oturacaq, amma Uokinqdə komandanın bazasında simulyatorda məşqlər MP4-26 barədə onda xoş pozitiv təəssüratlar yaradıb.
Lyuis bu gün Twitter-də öz mikrobloqunda bildirib ki, “McLaren-in Texnoloji mərkəzində iki gün keçirdim, maşın pis görünmür, amma heç vaxt bilmirsən ki, rəqiblərimiz nəyə nail olublar, hələlik isə hər şeydən razıyam…”