Britaniya mətbuatına müsahibəsində Lyuis Həmilton Bəhreyn Qran Prisindən sonra qüvvələr nisbəti barədə danışıb…
Lyuis Həmilton: “Red Bull ciddi üstünlüyə malikdir. Bu təəccüblüdür, 2009-cu ildə onların maşınları bəzi traslarda bizim maşından iki dəfə çox asfalta yatma qüvvəsinə malik idilər. Bu il isə komanda daha bir addım irəliləyib. Fernando Alonso yarışda sürətli idi, o Red Bull-a bizdən yaxındır, amma yenə də dövrədə onlara yarım saniyə uduzur. Məncə, indi bizim rəqiblərimiz Mercedes GP-dir, amma növbəti yarışlarda hər şey kimin nə dərəcədə inkişaf etməsindən asılı olacaq.”