L.Həmilton: “Mən ikinci titulu qazanmaq istəyirəm”

Mövsümöncəsi testlərdə yeni McLaren maşını sürətli görünməyib, komandanın mühəndisləri aerodinamika ilə aktiv işləyiblər, amma deyəsən, Lyuis Həmilton karyerasında ilk dəfə […]

Mövsümöncəsi testlərdə yeni McLaren maşını sürətli görünməyib, komandanın mühəndisləri aerodinamika ilə aktiv işləyiblər, amma deyəsən, Lyuis Həmilton karyerasında ilk dəfə çempionata qələbə qazanmağa imkan verməyən maşınla başlayacaq. Amma BBC-nin jurnalistlərinə müsahibəsində dünya çempionu öz motivasiyası və ikinci titul uğrunda mübarizə aparmaq istəyindən danışıb…

Lyuis Həmilton: “Mən həmişə qələbə arzulamışam və ikinci titulu birincidən çox qazanmaq istəyirəm. Mən öz üzərimdə işləyirəm, səhər öz məşqçimin – Adam Kostanzonun qapısını döyürəm və o soruşur ki, mən niyə beləe rtədən məşqə gəlmişəm. Mən qazandıqlarımla xoşbəxtəm, amma məni qarşıda yeni çağırışlar gözləyir.

Karyeramın mərhələlərini qiymətləndirərkən mən görürəm ki, ildən ilə güclü olmuşam, istənilən seriyada ikinci ili titul qazanmışam, Formula1-də də belə oldu. Bu il daha güclü olmuşam – həm fiziki, həm də mənəvi, mən həyatımda balans tapmışam. Əgər bu tempi saxlaya bilsəm, idarəetməni və maşını baaş düşməyi yaxşılaşdırsam, onda yenidən qalib gəlməməyə səbəb görmürəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*