Lekler: Maşın şənbə günləri çox yaxşı idi

Şarl Lekler Spilberqdəki bu ilin sonuncu qələbəsini 2022-ci il mövsümünün ən yaxşısı adlandırıb...

F-1.az xəbər verir ki, Monakolu sürücü mövsümə ilk 3 yarışda iki qələbə ilə başlasa da, mövsümün sonuna qədər cəmi bir qələbə qazana bilmişdi…

Şarl Lekler: “Ən yaxşı qələbə? Yəqin ki, Avstriya. Bir neçə uğursuzluqdan sonra yarışda qalib gəlmək əla idi. Mən ilk dövrədən sonuncu dövrəyə qədər təkərlərin vəziyyətinə nəzarət edə bildim – əla idi!

Mövsümün gedişində təsnifat mərhələlərində, təzə təkərlərlə və az yanacaqla maşınımız çox yaxşı idi. Bazar günləri isə xüsusilə təkərlərin aşınması ilə bağlı daha çox problem var idi. Biz optimal təkər performansına nail olmağa çalışdıq və yarışda bu, bəzən bizə mane olurdu.

Maşınımız şənbə günləri çox yaxşı idi, lakin bazar günləri onun yarışda belə effektiv olması mümkün deyildi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*