L.di Qrassi Qrojanı əvəz edəcək?

Almaniyanın Auto Motor und Sport qəzeti Renault-nun heyətində tezliklə dəyişiklik olması barədə məlumat verib, şayiələrə görə, Lukas di Qrassi qarşıdakı […]

Almaniyanın Auto Motor und Sport qəzeti Renault-nun heyətində tezliklə dəyişiklik olması barədə məlumat verib, şayiələrə görə, Lukas di Qrassi qarşıdakı yarışda Roman Qrojanı əvəz edə bilər və bu qərarın bir neçə səbəbi var…

Di Qrassi San Pauluda anadan olub, əgər o Romanı əvəz edərsə, onda ev Qran Prisində debüt etmiş olacaq, bununla da Renault braziliyalı digər sürücü Nelsinyo Pike qalmaqalından və jurnalistlərin bu yönümlü suallarından qismən azad ola bilər.

Digər tərəfdən, Renault üçün Braziliya bazarı çox vacibdir – Pike ilə müqavilə imzalanarkən mərasimdə Braziliyanın prezidenti şəxsən iştirak edirdi və Nelsinyonun komandadan qovulması vəziyyəti çətinləşdirib.

Belə bir şəraitdə braziliyalı ehtiyat və test sürücünün əsas maşının sükanı arxasında oturması başadüşüləndir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*