L.di Montedzemolo: “Yarışlar darıxdırıcı olmamalıdır”

Frankfurtda başlayan avtosalonda Ferrari-nin prezidenti və FOTA-nın sədri Luka di Montedzemolo assosiasiyanın KİV, təşkialtçılar və sponsorlarla mövsümün sonunda seminar keçirəcəklərini […]

Frankfurtda başlayan avtosalonda Ferrari-nin prezidenti və FOTA-nın sədri Luka di Montedzemolo assosiasiyanın KİV, təşkialtçılar və sponsorlarla mövsümün sonunda seminar keçirəcəklərini elan edib, seminar Formula1-in populyarlığının artırılması üzrə təkliflər hazırlayacaq…

Luka di Montedzemolo: “Monsada tamaşaçıların sayının keçən illə müqayisədə 16% azalması dəyişikliklərin zəruriliyindən xəbər verir. Nə polemikalar lazımdır, nə də darıxdırıcı yarışlar, mövsümün sonunda biz mətbuat, təşkilatçılar və sponsorların iştirakı ilə seminar keçirəcəyik, biz idmanı daha maraqlı etməyə çalışacayıq.

Biz güclü komandaların starta üç maşın çıxarmasına icazə alacayıq, üçüncü maşının sükanı arxasına ulduzlar və ya gənc sürücülər otura bilərlər. Mixael Şumaherin iştirakı bilet satışına müsbət təsir edir, axı tamaşaçıları güclü sürücülər və güclü komandalar maraqlandırır, Formula1-in də gələcəyi onlardan asılıdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*