K.Rəykkönenin əhvalı yaxşıdır

Lotus komandası xəbər verib ki, Kimi Rəykkönen Valensiyada R30-un sükanı arxasında testlərə çox ciddi yanaşıb, çox diqqətcil olub və çox […]

Lotus komandası xəbər verib ki, Kimi Rəykkönen Valensiyada R30-un sükanı arxasında testlərə çox ciddi yanaşıb, çox diqqətcil olub və çox güman ki, yaxşı sürət nümayiş etdirib.

Avtoidman ictimaiyyəti Rikardo Tormo adına avtodromda baş verənləri aktiv müzakirə edir, amma AutosportF1 Racing dərgilərinin fotoqrafı olan Darren Hitin şəkilləri finlandiyalı sürücünün yaxşı əhvalda olmasından xəbər verir. Britaniyalı fotoqraf Twitter-dəki mikrobloqunda yazıb ki, “İceman trasda olarkən trasın kənarında durub aldığın zövqdən ləzzətli heç nə ola bilməz.”

Günorta Valensiyada testlərdə fasilə edilib, nahardan sonra isə iş davam etdirilib. Amma komandanın mətbuat xidməti Kimini əla əhval ruhiyyədə qeydə alıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*