K.Rəykkönen: “Yeni maşından xoşum gəldi”

Mücelloda yeni Ferrari F60-ın təqdimat mərasimində 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen yeni mövsümdəki ümidləri barədə danışıb… Kimi Rəykkönen: “Keçən […]

Mücelloda yeni Ferrari F60-ın təqdimat mərasimində 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen yeni mövsümdəki ümidləri barədə danışıb…

Kimi Rəykkönen: “Keçən il hər şey mən istədiyim kimi olmadı, amma bu uğursuzluqlar arxada qalıb – yeni mövsüm bizə yeni ümidlər verir…

Hazırda F60-ın rəqabətədavamlılığı barədə fikir söyləmək çətindir, amma biz əminik ki, yaxşı maşın qurmuşuq və yaxın bir neçə həftə ərzində onu rəqiblərimizin maşınları ilə müqayisə edə biləcəyik. Bu gün yalnız ilk addımı atmışıq, qarşıda bizi ciddi işlər gözləyir və biz çempionatda qələbə qazanmaq üçün hər şey edəcəyik.

Reqlamentdəki dəyişikliklər üzündən F60 keçən illərin maşınına bənzəmir, amma bir müddət sonra hamımız buna öyrəşəcəyik. Maşın başqa cür görünsə də, mənim ondan çox xoşum gəldi və mən trasda ilk nəticələri səbirsizliklə gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*