K.Rəykkönen: Üçüncü yer hədiyyə oldu”

İtaliya Qran Prisinin son dövrəsində Lyuis Həmilton gözlənilmədən maşını divara çırpıb və Kimi Rəykkönen finişdə üçüncü olub. Bu Ferrari üçün […]

İtaliya Qran Prisinin son dövrəsində Lyuis Həmilton gözlənilmədən maşını divara çırpıb və Kimi Rəykkönen finişdə üçüncü olub. Bu Ferrari üçün ardıcıl beşinci və Kimi üçün ardıcıl dördüncü podiumdur…

Kimi Rəykkönen: “Üçüncü yer mənim üçün hədiyyə oldu, amma bunun mənası yoxdur. Mənim üçün və komanda üçün ideal nəticə deyil, amma istənilən halda biz vacib xallar qazandıq.

Uik-endin gedişində biz maşından maksimum yararlandıq. Üçüncü yer dördüncüdən çox yaxşıdır, bu azarkeşlərin xoşuna gəlməlidir. Biz tam gücümüzlə işləməliyik. Bəzi maşınlar hələ də bizdən sürətlidirlər, amma bəlkə də hansısa yarışlarda biz yenə də qələbə uğrunda mübarizə apara bilərik. Bu gün hər şey yaxşı alındı, komanda isə əla işlədi.

Düzdür, ikinci pit-stopda kişik ləngimə oldu. Mən trasa qayıtmağa tələsirdim, çünki hərşey çox tez baş verməli idi. Əlində siqnal işarəsi tutmuş mexanik bir qədər kənara çəkildi, mən yerindən tərpənmək istədim, yaxşı ki, yanacaq şlanqı artıq çıxarılmışdı, biz çox az vaxt itirdik. Əsas odur ki, pitdən sonra biz Force İndia maşınını arxada saxlaya bildik, amma əlavə dövrələrə baxmayaraq, McLaren-i qabaqlaya bilmədik. Hərçənd, sonda bunun heç bir mənası olmadı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*