K.Rəykkönen testləri buraxıb

Kimi Rəykkönen Citroen ralli komandasının Fransanın cənubunda keçən uik-end keçirdiyi testləri buraxmalı olub: məlum olub ki, son Rally Sweden yarışından […]

Kimi Rəykkönen Citroen ralli komandasının Fransanın cənubunda keçən uik-end keçirdiyi testləri buraxmalı olub: məlum olub ki, son Rally Sweden yarışından sonra onun belinin köhnə zədəsi şiddətlənib.

Son şənbə Kimi WRC çempionatının Meksika mərhələsi ərəfəsində ilk dəfə olaraq torpaq yollarda məşq etməli idi, amma sürücü fiziki hazırlıq üzrə şəxsi məşqçisi Mark Arnellə birlikdə testlərdə iştirak etməməyi qərara alıb.

Stiv Robertson: “Böyük narahatçılığa əsas yoxdur. Bu köhnə zədədir, Kimi hələ Formula1-də almışdı bu zədəni. Ralliyə keçərkən belə ağrıların kəskinləşməsi qaçılmazdır, çünki indi başqa əzələ qrupları yüklənir.

Kimi testlərə gedə bilərdi, amma dincəlməsi lap yaxşıdır, çünki bu həftə sükan arxasına oturmalı olacaq. Ancaq mən düşünürəm ki, bu problemin ciddiliyini şişirdəcək insanlar tapılacaq.”

Rəykkönen testlərə bu cümə başlaycaq, məşqlərdən sonra isə Meksikaya uçacaq və gələn həftə Citroen C4-ün sükanı arxasında torpaq yolda ilk ralli startına çıxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*