K.Rəykkönen qəzaya uğrayıb

Deyəsən, öz güclərini rallidə sınayan Formula1 sürücüləri üçün yanvar ayı uğursuzdur – əvvəlcə Robert Kubitsa Monte Karloda qəzaya uğramışdı, bu […]

Deyəsən, öz güclərini rallidə sınayan Formula1 sürücüləri üçün yanvar ayı uğursuzdur – əvvəlcə Robert Kubitsa Monte Karloda qəzaya uğramışdı, bu gün isə Kimi Rəykkönen Laplandiyanın qarlı yollarında qəzaya uğrayıb.

Citroen komandasının sürücüsü ev trasında çempiontın ilk yarışına hazırlaşır. İlk sahədə o ikinci nəticə göstərib və yalnız təcrübəli komanda yoldaşı Dani Sordoya uduzub. Amma ikinci sahədə 2007-ci ilin dünya çempionu sürprizlə üzləşib – 100 km/saat sürətlə hərəkət edən maşın trasdan çıxıb və ağaclara dəyib.

Son məlumatlara görə, Kimi maşını servis parkına çatdıra bilib və vaxt itkisinə baxmayaraq, mexaniklər onu yarışa qaytarmağa çalışırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*