Kimi Rəykkönen artıq may ayında NASCAR-ın Camping World Truck Series liqasında yarış pikapının sükanı arxasında debüt edəcək – bu barədə NASCAR-ın Twitter-dəki rəsmi bloqunda məlumat yayılıb…
Məlumatda deyilir: “Kimi Rəykkönen bizə ərizə ilə müraciət edib, biz müraciəti bəyənmişik: cümə günü, mayın 20-də o NASCAR Camping World Truck Series-in növbəti mərhələsində starta çıxacaq.”
Bu, 2007-ci ilin dünya çempionu üçün klassik Amerika yarışında birinci təcrübə olacaq: yarış Şarlottanın 1.5 mil (2.4 km) uzunluğu olan oval avtodromunda baş tutacaq.