Bu gün səhər Kimi Rəykkönen və Ferrari-nin kommersiya və brendinq üzrə vitse prezidenti Britaniyada şirkətin ilk mağazasını açıblar. Qırmızı lenti kəsdikdən sonra Kimi xüsusi qonaqlar və Ferrari-nin müşəriləri üçün avtoqraf sessiyasında iştirak edib, toplaşanlar isə Ferrari-nin klassik və müasir maşınlarının paradının şahidi olublar.
İkimərtəbəli mağazanın layihəsi Studio Iosa Ghini şirkətinə məxsusdur, mağazada şirkətin məhsullarının bütün assortimenti nümayiş olunacaq. Belə mağazalar artıq Romada, Venesiyada, Barselonada, San Fransiskoda, Mayamidə, Makaoda və Abu Dabidə açılıb…