Kimi Rəykkönen 2008-ci il mövsümünü əsas favoritlərdən biri kimi başlamışdı – finlandiyalı sürücü Ferrari-də debüt ilində titul qazanmışdı və bu uğuru möhkəmlətmək əzmində idi, amma mövsüm uğursuz alındı. Yeni maşının xarakteristikaları Kimi stilinə uyğun gəlmədi, bir neçə mexaniki problem isə onu titula namizədlər siyahısından kənar qoydu. İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində Rəykkönen keçmişi xatırlamaqdan imtina edib, indi hər şey qarşıdakı çempionata yönəlib…
Kimi Rəykkönen: “Biz hamımız səhvlərimiz üzərində öyrənirik, amma məni artıq keçən il baş verənlər maraqlandırmır – biz heç nəyi dəyişə bilmərik və keçmişi qurdalamaqla gələcəkdə uğur qazana bilmərik. Gələcək barədə danışmaq daha xoşdur. Bu uğursuzluqları kompensə etmək cəhdi deyil, lakin mən əlimdən gələni edəcəm ki, nəticə başqa cür olsun – hamı bilir ki, biz uğurlu ola bilərik və bizim vəzifəmiz titul qazanamqdır. Bunun üçün bir çox faktorlar cəm olmalıdır, söhbət bəxtdən getmir – indi testləri maksimum effektiv keçirmək və mövsümün lk yarışlarında yaxşı çıxış etmək vacibdir.
Bəhreyn testləri yaxşı keçdi, maşın qaydasındadır, sliklərə gəlincə, mən onların davranışında keçənilki maşına sliklər qoyulduqda keçirdiyimiz testlərlə ciddi bir fərq hiss etmədim. Komandalar arasında fərq hələlik minimaldır, amma testlərdə biz müxtəlif təkərlərdən istifadə edirik, kimsə uğurlu, kimsə uğursuz elementləri yoxlaya bilər. Rəqiblər məni narahat etmir, mən özümüz haqqında düşünürəm.
Mənim gələcəyim? Baxaq görək bir neçə ildən sonra mən yarışlardan həzz alacammı? Mən artıq demişdim ki, Ferrari – mənim Formula1-də sonuncu komandam olacaq, amma bu o demək deyil ki, mən 2010-cu ildə gedəcəm…”