Komandaların başçıları S.Fettelə səs veriblər

Britaniyanın Autosport komandaların başçıları arasında hər il mövsümün ən yaxşı sürücüsünə səsvermə keçirir. Bu il səsvermədə Toro Rosso-dan başqa bütün […]

Britaniyanın Autosport komandaların başçıları arasında hər il mövsümün ən yaxşı sürücüsünə səsvermə keçirir.

Bu il səsvermədə Toro Rosso-dan başqa bütün komandaların başçıları iştiak ediblər: Kristian Horner (Red Bull), Martin Uitmarş (McLaren), Stefano Domenikali (Ferrari), Ross Braun (Mercedes GP), Erik Bulye (Lotus Renault GP), Frənk Uilyams (Williams), Vicey Malya (Force İndia), Peter Zauber (Sauber), Toni Fernandes (Team Lotus), Kolin Kolles (Hispania) və Con But (Marussia Virgin).

Onların hər biri on ən yaxşı sürücünü seçib, hər bir yerə uyğun xal sistemi eynilə Formula1-də tətbiq olunan xalvermə ssitemi kimi olub, yəni birinci yerə görə 25 xal, onuncu yerə görə isə 1 xal. Yekunda 241 xalla Sebastyan Fettel birinci olub. İkiqat dünya çempionu Censon Battonu və səsvermənin keçənilki qalibi fernando Alonsonu qabaqlayıb. Xatırladaq ki, Red Bull-un gənc sürücüsü 2009-cu ildə də səsvermənin qalibi olmuşdu.

Ən yaxşı debütant Pol di Resta hesab olunub. Əlbəttə, Heykki Kovalaynenin də doqquzuncu yeri tutması təəccüblüdür, finlandiyalı sürücü hətta Mixael Şumaheri qabaqlayıb.

Səsvermənin nəticələri (mötərizədə çempionatdakı yer/keçənilki yer):
1. S.Fettel – 241 (1/2)
2. C.Batton – 200 (2/5)
3. F.Alonso – 188 (4/1)
4. L.Həmilton – 122 (5/3)
5. N.Rosberq – 90 (7/7)
6. M.Uebber – 70 (3/4)
7. P.di Resta – 44 (13/-)
8. A.Sutil – 38 (9/-)
9. H.Kovalaynen – 26 (22/-)
10. M.Şumaher – 23 (8/-)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*