Komandalar Mercedes AMG-nin hava kanalının qadağan olunmasına israrlıdırlar

Mercedes AMG komandasının rəqibləri hələ də W03-ün arxa antiqanadına DRS sistemi ilə birlikdə quraşdırılmış hava kanalının leqallığına etiraz edirlər. FİA […]

Mercedes AMG komandasının rəqibləri hələ də W03-ün arxa antiqanadına DRS sistemi ilə birlikdə quraşdırılmış hava kanalının leqallığına etiraz edirlər. FİA iki dəfə komandaların şifahi şikayətlərini rədd etsə də, komandalar təslim olmurlar.

Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko Almaniyanın Bild qəzetinə müsahibəsində bildirib ki, məsələ hələ də həll olunmayıb, “çünki Lotus komandasının texniki direktoru Ceyms Əllison Çarli Uaytinqə bu hava kanalına qarşı yeni arqument təqdim edib.”

Arqumentin nədən ibarət olması hələ məlum deyil, amma şayiələr gəzir ki, sistem artıq Çində qadağan oluna bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*