Komandalar KERS-in qaytarılmasını müzakirə edəcəklər

Formal olaraq kinetik enerjinin toplanması sistemi (KERS) reqlamentlə icazəlidir, amma FOTA çərçivəsində komandalar razılaşıblar ki, 2010-cu ildə sistemdən istifadə etməyəcəklər. […]

Formal olaraq kinetik enerjinin toplanması sistemi (KERS) reqlamentlə icazəlidir, amma FOTA çərçivəsində komandalar razılaşıblar ki, 2010-cu ildə sistemdən istifadə etməyəcəklər. Amma KERS qayıda bilər – məsələ bu gün Malayziyada baş tutacaq FOTA-nın iclasında müzakirə olunacaq…

Bu gün axşam Formula1 komandaları mövsümün ilk yarışlarının gedişini və ötmələri asanlaşdırmaq və yarışların baxımlılığını artırmaq üçün maşınların aerodinamik effektliyini azaltmaq tədbirlərini müzakirə edəcəklər. Gündəmdə duran məsələlərdən biri də KERS-in qaytarılmasıdır, sistem hücm və ya müdafiədə kömək etməklə yanaşı, FİA-nın dəstəklədiyi ekoloji proqrama böyük töhfə olacaq.

Şayiələrə görə, bir neçə variant mümkündür – bütün komandalar üçün eyni olan vahid KERS-dən tam müstəqil hazırlanmış KERS-ə qədər.

Gələn ildən ikiqat diffuzorlardan istifadə olunmaması artıq qərara alınıb, FİA_nın təklif etdiyi digər tədbirlərdən arxa təkərlərin ölçüsünün böyüdülməsini göstərmək olar – aparıcı təkərlərin trasla ilişməsi bu zaman artacaq, bu isə maşının dinamikasına pozitiv təsir edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*