K.Çandhok Hispania-nın inkişafından razıdır

Çempionatda debüt etmiş üç yeni komandadan hələlik yalnız bir komanda hər iki maşınını damalı bayrağa çatdıra bilib. Maraqlıdır ki, bu […]

Çempionatda debüt etmiş üç yeni komandadan hələlik yalnız bir komanda hər iki maşınını damalı bayrağa çatdıra bilib. Maraqlıdır ki, bu nə Lotus-dur, nə də Virgin, bu Hispania komandasıdır. Malayziyada hər iki maşının finişə çatmasını hindistanlı sürücü Karun Çandhok komandanın inkişafının nəticəsi hesab edir və yeni uğurlar gözləyir…

Karun Çandhok: “Vəziyyət dəyişir. İndi paddokda bizə daha çox hörmət edirlər. Sepanqda bizim hər iki maşınımız finişə çatdı – mən isə Brunonu qabaqladım. Bu əla nəticədir, axı mənim komanda yoldaşım çox sürətlidir. Ona görə də mən çox şadam. İndi başlıcası odur ki, ətrafdakılar bizi daha ciddi qəbul etməyə başlayıblar.

Çində komanda daha yaxşı çıxış etməlidir. Düzdür, nə mən, nə də Bruno əvvəllər Şanxayda yarışmamışıq, amma güman edirəm ki, trası tez öyrənəcəm. Albert Parka da birinci dəfə gəlmişdim, amma artıq beş dövrədən sonra özümü daha inamlı hiss edirdim.

Komanda üç yarışda maşın barədə xeyli məlumat toplayıb, indi maşının işini daha yaxşı başa düşürük. Bazada olanlar başa düşürlər ki, indi hansı istiqamətlərdə irəliləmək lazımdır. Kolin Kollesin də maraqlı təklifləri var, o texniklərlə sıx əməkdaşlıq edir. Bizim məqsədimiz digər iki yeni komanda ilə bərabər səviyyədə rəqabət aparmaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*