Kanadada havanı qabaqcadan söyləmək olduqca çətindir, əgər həftənin əvvəlində proqnoz yağmursuz uik-end vəd edirdisə, son proqnoza görə həftəsonu yağış gözlənilir.
Cümə günü havanın temperaturu +23° C-yə çatacaq, yağışın yağma ehtimalı 20% olacaq. Şənbə günü temperatur +25° C-yə qalxsa da, yağış ehtimalı 50% olacaq, bazar günü isə havanın temperaturu +24° C, yağışın yağma ehtimalı isə 40% olacaq…