Seçkiöncəsi proqramında FİA-nın prezidenti Jan Todt deyirdi ki, federasiya Formula1-ə xüsusi müvəkkilini təhkim edəəck – bu adam bilavasitə çempionatın daxili işləri məşğul olacaq.
Hətta bu vəzifəyə namizədlərin adları da müzakirə olunmuşdu, məsələn, Gerhard Berger, amma vaxt keçdikcə, bu təklif mənasını itirdi…
Jan Todt: “O zaman mən hələ FİA-nın iş mexanizmindən xəbərsiz idim və belə hesab edirdim ki, hər bir çempionat üçün xüsusi müvəkkil təyin etmək lazımdır. Amma sonradan biz FİA-nın komissiyalarının işini qiymətləndirdik, məlum oldu ki, FİA-nın işi effektiv təşkil olunub. Hər bir komissiyanın mötəbər przidenti var, ona görə də müvəkkilə ehtiyac olmadı.”