Formula1-in keçmiş sürücüsü, bu gün Ferrari-nin zavod sürücüsü olan Jan Alezi Mixael Şumaherlə Cenevrədə Mercedes GP komandası ilə müqavilənin bağlanmasından bir həftə sonra görüşüb. Jan bu görüşdən öz təəssüratlarını Auto Motor und Sport-un jurnalistləri ilə bölüşüb…
Jan Alezi: “Mixael çox şad idi, lap uşaq kimi sevinirdi, o mübarizəyə elə köklənib ki, elə bil onu ömründə ilk yarış gözləyir. Şumaheri adət etdiyimiz kriteriyalarla qiymətləndirmək olmaz, o əvvəlki sürətini itirməyib və rəqiblərindən qat-qat çox təcrübəsi var.
Keçən il Rubens Barrikello son yarışa qədər titul qazanmaq şansına malik idi. Ferrari-də bir yerdə çıxış edərkən Mixael həmişə onu qabaqlayırdı, vəziyyətə nəzarət edirdi. Çox güman ki, Mixael fikirləşib ki, əgər Rubens çempionatda “baş rolu” oynaya bilirsə, onda o da bunu bacarar.
Formula1-dən getmək ən yaxşı dostunu itirmək kimidir, mən DTAM-ə getdim, amma bu dəqiqə Formula1 komandalarından hər hansı biri məni çağırsa, geri qayıdaram.
Mixaelin təcrübəsi var, Alonsoda, Həmiltonda və Fetteldə isə bu yoxdur. O yanacaqdoldurmadan yarışlarda iştirak edib, rəqiblərinə nisbətən uzun məsafədə təkərlərini daha yaxşı qoruyur – xüsusən bu məsələdə Mixael həmişə güclü olub.”