FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin İtaliyada istifadə zonalarını təyin edib.
Keçən il olduğu kimi Monsada iki DRS nöqtəsi və iki DRS zonası olacaq.
Birinci ölçmə nöqtəsi sonuncu Parabolica döngəsinin apeksindən 40 metr sonra yerləşəcək, əgər bu nöqtədə maşınlar arasındakı məsafə 1 saniyədən az olarsa, onda ikinci sürücü maşındakı arxa antiqanadın hərəkətli elementini finiş xəttini keçdikdən 110 metr sonra birinci şikanaya qədər aktivləşdirə bilər. İkinci ölçmə nöqtəsi isə Lesmo döngələri arasındadır, yəni ikinci Lesmonun apeksinə 67 metr qalmış iki maşın arasındakı interval 1 saniyədən az olarsa, onda ikinci sürücü bu döngədən 160 metr uzaqlaşdıqdan sonra maşındakı DRS sistemini aktivləşdirə bilər…