GP2 seriyasında iSport komandasının başçısı Pol Cəkson Formula1-də debüt imkanlarını nəzərdən keçirir. Qərar reqlamentin son versiyasının dərcindən sonra qəbul ediləcək, hələlik isə aydın deyil: bu yeni müstəqil komanda olacaq, yoxsa Cəkson hazırkı komandalardan birini alacaq, lakin o jurnalistlərə bildirib ki, debüt ilində onun komandasının ilk sürücüsü Bruno Senna olacaq…
Pol Cəkson: “Mən Formula1 komandalarının başçılarına sübut etmək istəyirəm ki, onlar pullarını hədər yerə sərf edirlər. Hazırkı komandaların strukturları məhud büdcə daxilində fəaliyyət göstərməyə imkan vermir, yəni məhdudlaşmaya razılaşarkən komandanı ağ vərəqdən yaratmaq lazımdır, GP2 mühəndislərini komandaya cəlb etmək olar, onlar aşağı maaşla işləməyə öyrəşiblər.
Hələlik heç bir qərar qəbul etməmişəm, biz bütün variantları öyrənirik, sürücülərə gəlincə, mən Bruno Sennanı sükan arxasında görmək istərdim. Mən inanıram ki, o Formula1-ə layiqdir.”