F-1.az bildirir ki, Williams-da Sirotkini Kubitsa əvəz edib. Polşalı sürücü bolidin qış testlərindəki və indiki vəziyyətini müqayisə etmək üçün sükan arxasına keçib. Robert həm də Barselonadakı ikigünlük testlərdə komandasına kömək edəcək.
Güclü külək sürücülərin işinə mane olub. Bottas, Eriksson və Fettel yerində fırlansalar da, qəzasız yollarına davam ediblər. Hartli və Qrojan çınqıllığa düşüblər. Sessiyanın 34-cü dəqiqəsində qəza edən Rikkardonun maşınının asılqanı qırılıb və sessiya onun üçün başa çatıb. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Daha sonra Kubitsa və Stroll da yerlərində fırlanıblar. Williams sürücüləri aerodinamikaya tələbkar trasdakı ilk məşqdə son iki yeri tutublar.
Protokollara Bottas başçılıq edib – 1:18.148. Bu, trasın rəsmi rekordudur və keçənilki poul nəticəsindən bir saniyə sürətlidir. Lakin qış testlərində Fettelin göstərdiyi nəticəyə (1:17.182) xeyli uduzur…
Məşqlər axşam davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.148 | – | 32 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.997 | + 0:00.849 | 22 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.098 | + 0:00.950 | 24 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.187 | + 0:01.039 | 26 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:19.499 | + 0:01.351 | 19 |
6 | 14 | Fernando Alonso | McLaren | 1:19.858 | + 0:01.710 | 26 |
7 | 3 | Daniel Rikkardo | Red Bull | 1:19.871 | + 0:01.723 | 11 |
8 | 8 | Roman Qrojan | Haas | 1:19.906 | + 0:01.758 | 24 |
9 | 2 | Stoffel Vandorn | McLaren | 1:20.083 | + 0:01.935 | 28 |
10 | 10 | Pyer Qasli | Toro Rosso | 1:20.508 | + 0:02.360 | 29 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:20.637 | + 0:02.489 | 28 |
12 | 16 | Şarl Lekler | Sauber | 1:20.665 | + 0:02.517 | 23 |
13 | 11 | Serxio Peres | Force İndia | 1:20.924 | + 0:02.776 | 36 |
14 | 9 | Markus Eriksson | Sauber | 1:20.984 | + 0:02.836 | 18 |
15 | 55 | Karlos Sayns | Renault | 1:21.053 | + 0:02.905 | 28 |
16 | 31 | Esteban Okon | Force İndia | 1:21.144 | + 0:02.996 | 27 |
17 | 27 | Niko Hülkenberq | Renault | 1:21.159 | + 0:03.011 | 26 |
18 | 28 | Brendon Hartli | Toro Rosso | 1:21.373 | + 0:03.225 | 28 |
19 | 40 | Robert Kubitsa | Williams | 1:21.510 | + 0:03.362 | 24 |
20 | 18 | Ləns Stroll | Williams | 1:22.756 | + 0:04.608 | 15 |