HRT komandası Pedro de la Rosanın maşınının təftişini cümə günü səhərə keçirilməsi üçün federasiyadan xahiş edib – komanda ikinci şassini hələ yığıb qurtarmayıb.
Bu gün Avstraliya Qran Prisinin stüardları komandanın göndərdiyi rəsmi xahişi alıblar və FİA məsələni müsbət həll edib: 22 nömrəli maşının təftişi cümə günü saat 11:00-da başa çatmalıdır.
Pedro de la Rosanın maşını mütləq bu təftişi keçməlidir, əks halda ispaniyalı sürücü sərbəst yürüşlərə başlaya bilmyəcək.