Demək olar ki, hər gün keçmiş Honda Racing komandasının taleyi barədə yeni şayiələr peyda olur, bunu başa düşmək olar – Melburn uik-endinə kimi cəmi 3 həftə qalıb, komandanın yarışda iştirak etməsi isə hələ də sual altındadır. Bu gün Yaponiyada dərc olunan Yomiuri qəzetində Honda Motor Co şirkətinin anonim nümayəndəsinin sözləri sitat kimi qeyd olunub…
Nümayəndə bildirib: “Biz şirkət və komanda adından ən yazın zamanda bəyanat verməyə ümid edirik. Honda ən pis variantdan – komandanın dağılmasından qaçmaq üçün hər bir imkandan istifadə edir.”