Red Bull Racing komandasının məsləhətçisi Helmut Marko komandanın sürücüləri arasında uyğunluq görmür, Avstriyanın Sportnet kanalına müsahibəsindı o sürücülər arasındakı rəqabətdən danışıb…
Helmut Marko: “Belə şəraitdə uyğunluqdan söhbət gedə bilməz, söhbət sağlam rəqabətdən gedir. Qış testləri ilə müqayisədə Mark Uebber ciddi irəliləyiş edib, o Fettelin nəticələrinə münasib olmaq üçün əlindən gələni edir və hətta Sebastyanın öz maşını üçün seçdiyi sazlanmalarla da razılaşır – bir neçə ay bundan əvvəl belə söhbət gedə bilməzdi.”