H.Kovalaynen: “Mən yaxşı sazlanmalar tapmalıyam”

McLaren komandası üçün Sinqapur uik-endi uğurlu alınıb – Lyuis Həmiltonun qələbəsi McLaren-Mercedes cütlüyünün 60-cı qələbəsi olub. Heykki Kovalaynen isə yarışı […]

McLaren komandası üçün Sinqapur uik-endi uğurlu alınıb – Lyuis Həmiltonun qələbəsi McLaren-Mercedes cütlüyünün 60-cı qələbəsi olub. Heykki Kovalaynen isə yarışı yeddinci yerdə başa vurmaqla komanda üçün Mühəndislər Kubokunda vacib xallar qazanıb…

H.Kovalaynen: “Bütün yarış məsafəsində özümü rahat hiss edirdim, amma maşının imkan verdiyi qədər sürətli deyildim. Çünki təkərlər optimal işləmirdilər – sürətimi artırmaq istəyən kimi MP4-24 özünü əsəbi aparmağa başlayırdı və mən döngələri yavaş keçməli olurdum. Məncə, mən daha yaxşı sazlanmalar tapmalıyam.

Komanda üçün Sinqapur Qran Prisi uğurlu alındı, Lyuisin qələbəsi bizim maşınıns ürətli olmasını sübut edir, amma şəxsən mənim üçün yarış dünən sıralanma turunda qurtarmışdı – mənim sadəcə bəxtim gətirməmişdi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*