Hispania komandası satışa çıxarılıb?

İspaniya mətbuatında arxada qalmış mövsümün aşkar autsayderi olan Hispaniya komandasının gələcəyi müzakirə olunmaqdadır. Madridin Diario AS qəzetinin bildirdiyinə görə, komanda […]

İspaniya mətbuatında arxada qalmış mövsümün aşkar autsayderi olan Hispaniya komandasının gələcəyi müzakirə olunmaqdadır. Madridin Diario AS qəzetinin bildirdiyinə görə, komanda artıq satışa çıxarılıb. Telefonica şirkətinin keçmiş icraçı direktoru Xuan Villalonqanın komandaya biznes məsələləri üzrə məsləhətçi təyin olunmasına baxmayaraq, Hispania komandası hələ də acınacaqlı vəziyyətdədir.

Noyabr ayında Toyota Motorsport komanda ilə əməkdaşlığı dayandırdıqdan sonra, ispaniyalılar “maşınsız, bazasız, sürücülərsiz və sponsorlarsız qalıblar, onların yalnız Cosworth motorları var.”

Bu problemləri tez bir zamanda həll etmək mümkün deyil: 2010-cu ildə istifadə olunmuş Dallara şassisindən istifadə etmək cəhdi sürücülərə sıralanma turunda “107%” qaydasını keçməyə imkan verməyəcək, ona görə də komandanın sahibi Xose Ramon Karabante və onun işgüzar tərəfdaşları komandanı satmaq məcburiyyətindədirlər.

Qəzetin bildirdiyinə görə, Villalonqanın komandaya gəlişi potensial alıcılarla danışıqları sürətləndirib, alıcılar əsasən ABŞ və Cənubi Amerikanı təmsil etsələr də, hələ heç bir müqavilə bağlanmayıb, amma “aydındır ki, Karabante əlverişli alıcı tapan kimi komandanı satacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*