G.Qribkovski həbs olunub

Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu Gerhard Qribkovskinin fəaliyyətini araşdırmağa başlayıb – Gerhard Bavariyanın BayernLB dövlət bankının keçmiş meneceri […]

Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu Gerhard Qribkovskinin fəaliyyətini araşdırmağa başlayıb – Gerhard Bavariyanın BayernLB dövlət bankının keçmiş meneceri olub və Formula1 dünya çempionatının yayımı üzrə eksklüziv hüquqları Berni Ekklstounun SLEC şirkətindən almış vaxtılə alman maqnat Leo Kirhin televiziya imperiyasının müflisləşməsi səbəblərini aradan qaldırarkən danışıqlarda mərkəzi fiqur olub.

Bu gün məlum olub ki, 52 yaşlı Qribkovski rüşvətxorluqda, dövlət vəsaitinin mənimsəməkdə və vergi ödəməkdən yayınmaqda təqsirli bilinərək həbs olunub.

Qeyd edək ki, Münhen prokurorluğu Qribkovskidən 50 milyon dolların qaynağını izah etməsini tələb edib – bu məbləği Gerhard Avstriyanın şəxsi Sonnenschein yatızdırıb. Almaniyanın Süddeutsche Zeitung verdiyi xəbərə görə, məhz bu məbləğ 2005-ci ildə ona Formula1 yarışlarının yayım hüququnu CVC Capital sərmayə fonduna satmaqda vasitəçilik roluna görə verilə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*